Yuxarı

Rusiya ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir - Nazir

Azərbaycan və Rusiya arasında bütün sahələrdə yüksək səviyyədə əməkdaşlıq mövcuddur. Mədəniyyət sahəsində əlaqələr də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif birgə tədbirlər, təcrübə mübadiləsi, teatr kollektivlərinin qarşılıqlı qastrol səfərləri və s. mədəni əlaqələrimizin əsas göstəricisidir.

Axar.az xəbər verir ki, bu fikirləri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində təşkil olunan “Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masadan əvvəl jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Konfransın əhəmiyyətini yüksək qiymətləndirən nazir bildirib ki, tədbir Azərbaycan-Rusiya əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək:

“Rusiyadan hökumət nümayəndələri, millət vəkilləri, elm adamları və incəsənət xadimlərinin Bakıya gəlişi çoxsahəli məsələlərin müzakirəsinə şərait yaradacaq. Konfransda eyni zamanda Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü və himayəsi ilə yeddincisi keçiriləcək VII Beynəlxalq Humanitar Forumunun proqramı ilə əlaqədar fikir mübadiləsi aparılacaq. Tədbirdə qarşılıqlı maraq doğuran, əlaqələrimizi daha da inkişaf etdirəcək nüanslara da diqqət çəkiləcək”.

Nazir həmçinin konfrans günlərində müxtəlif tədbirlərlə yanaşı, iştirakçılar üçün maraqlı mədəni proqramın da təqdim olunacağını diqqətə çatdırıb.

Tarix
2020.01.24 / 21:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla