Yuxarı

Peterburqun bakılı qubernatoru Bakıya gəlir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Azərbaycanla yaxşı münasibətləri var, daha da inkişaf edir. Aramızda həll edə bilmədiyimiz hansısa nöqtə, problem yoxdur. Azərbaycanın Baş Konsulluğu ilə, səfirliyi ilə çalışırıq, şəxsən səfir Polad Bülbüloğlu ilə mükəmməl dost münasibətlərimiz var.

Axar.az xəbər verir ki, bunu Report-a Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov bildirib.

“Yaxın vaxtlarda Bakıya səfərim nəzərdə tutulur. Əlbəttə, Xarici İşlər Komitəsi bəzi məqamları dəqiqləşdirməlidir. Odur ki, tarixini deyə bilmərəm, amma mütləq gələcəyəm. Bakıda çoxdandır olmamışam”, - deyən qubernator 1956-cı ildə məhz Bakıda dünyaya gəldiyini xatırladıb:

“Atamla anam 1941-ci ildə istirahətə, dənizdə çimmək üçün Bakıya getmişdilər. Müharibə başlayır, atamı cəbhəyə aparırlar, anam da iki uşaqla yad bir şəhərdə tək qalır. O zaman atamın dostlarının köməyi ilə işə düzələ bilir. Bəlkə, elə buna görə ailəmiz taleyin bu sınağından çıxa bilib. Atam cəbhədən qayıdanda da Bakıda qulluq etməyi təklif edirlər, razılıq verir. Beləliklə, mən elə orada doğuldum”.

Tarix
2020.01.24 / 21:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla