Yuxarı

160-dək cinayətkar Azərbaycana ekstradisiya olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin rəhbərliyi ilə cinayətkarlığa qarşı qəti mübarizə aparılaraq bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Respublikamız cinayətkarlıqla qlobal mübarizədə fəal iştirak edərək cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sahəsində konvensiyalardan və ikitərəfli müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla yerinə yetirir.

Axar.az Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəmiz 50 dövlət tərəfindən ratifikasiya olunmuş "Ekstradisiya haqqında" 1957-ci il tarixli Avropa Konvensiyasının iştirakçısı olmaqla Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətli qurum kimi həmin dövlətlərlə, habelə MDB çərçivəsində müvafiq konvensiyalar üzrə səmərəli əməkdaşlıq edir. Eyni zamanda, nazirlik cinayət törətmiş şəxslərin təslim edilməsinə – ekstradisiyasına dair bir sıra Asiya, Afrika və Ərəb dövlətləri ilə ikitərəfli müqavilələr bağlayıb. Bütün bunlar cinayətkarların özünü təhlükəsizlikdə hiss etmələrinin qarşısını alan çox mühüm təsirli mexanizm olmaqla cəzanın labüdlüyü prinsipini təmin edir.

Bu sahədə səmərəli beynəlxalq əməkdaşlıq çərçivəsində ötən beş il ərzində 160-dək cinayətkarın Azərbaycana ekstradisiya edilməsinə nail olunub.

Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında imzalanmış ekstradisiya haqqında Sazişin implementasiyası çərçivəsində özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla əməl törətmiş və barəsində İnterpolun xətti ilə beynəlxalq axtarışa verilmiş şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı danışıqlar aparılıb, Ədliyyə Nazirliyinin Əlcəzair tərəfinə göndərdiyi sorğu təmin edilərək həmin şəxsin təslim edilməsinə razılıq verilib və o, nazirliyin əməkdaşlarının müşayiəti ilə bu günlərdə ölkəmizə gətirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər bundan sonra da davam etdiriləcək.

Tarix
2020.01.25 / 01:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla