Yuxarı

Əli Əsədov Mixail Qusmanla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Əsədov Mixail Qusmanla görüşdü

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Baş Nazir Əli Əsədov Mixail Qusmanı yubileyi və Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Görüşdə Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin getdikcə dərinləşdiyi vurğulanıb, humanitar əlaqələrin genişlənməsindən məmnunluq ifadə olunub.

Söhbət zamanı “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının uğurla keçdiyi və xalqlar arasında münasibətlərə müsbət təsir göstərdiyi vurğulanıb.

Tarix
2020.01.25 / 00:32
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla