Yuxarı

Namizəd jurnalistlər birləşdi, İNMB yaradıldı – Bəyanat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Namizəd jurnalistlər birləşdi, İNMB yaradıldı – Bəyanat

9 fevral tarixində keçiriləcək parlament seçkilərinə namizəd kimi qatılan media təmsilçiləri bir araya gələrək, bəyanat yayıblar.

Axar.az-a daxil olan bəyanatda bildirilir ki, ölkənin bütün sahələrində ciddi islahatlar aparılır. Azərbaycan Prezidenti cəmiyyəti aktiv olmağa, ictimai nəzarəti gücləndirməyə çağırır və jurnalistləri özünün köməkçiləri adlandıraraq, medianı dəyişikliklərə dəstək verməyə sövq edir:

“Belə vəziyyətdə təbii ki, KİV daha məsuliyyətli olmağa borcludur, tanınmış jurnalistlərin də deputatlığa namizəd olması bu konteksdə alqışa layiqdir.

Biz həmkarıq, seçki prosesi boyunca bir-birimizin yanında olmaq mənəvi öhdəliyimizdir. Bununla yanaşı, birlikdə xalqın, cəmiyyətin, daha dəqiq, seçicinin yanında olmalıyıq”.

Bəyanatda İslahatlar Naminə Media Blokunun (İNMB) şəffaf, ədalətli, demokratik seçki istəyi ilə yarandığı ifadə edilib:

“Blokun üzvü olan namizəd jurnalistlər seçki prosesi boyu yaşanan həm neqativ, həm də pozitiv hadisələri bir mənbədən işıqlandırmağı hədəf seçiblər. Seçki adına xələl gətirən, o cümlədən şəffaf mühitin formalaşmasına xidmət edən hər bir hadisəni yerli və dünya ictimaiyyətinin nəzərinə çatdıracağıq. Seçkinin yekun bəyanatı da İNMB tərəfindən hazırlanaraq yayılacaq.

Namizəd jurnalistlərin təmsil olunduğu blok həmkarların təbliğat-təşviqat prosesinə də dəstək verəcək”.

Tarix
2020.01.25 / 13:22
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla