Yuxarı

Vüqar Bayramov məcburi köçkünlərlə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vüqar Bayramov məcburi köçkünlərlə görüşdü - Foto

84 saylı Füzuli şeçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov Beyləqan rayonunda məskunlaşan məcburi köçkünlərlə görüşüb.

Axar.az xəbər verir ki, Vüqar Bayramov görüş iştirakçılarına fəaliyyət planını, görəcəyi işləri açıqlayıb.

“Fəaliyyət planım həm məcburi köçkünlərin, həm də sosial müdafiəyə ehtiyacı olan digər təbəqələrin sosial müdafiəsinin güclənməsinə və iqtisadi inkişafına xidmət edir. Dəstəyinizlə parlamentdə təmsil olunacağım halda sizin qarşınızda hesabatlı olacağam, ayda ən azı bir dəfə görüşünüzə gələcəyəm. Bugünkü görüşün məqsədi də sizi dinləmək, sizinlə ünsiyyət qurmaq, rəy və təkliflərinizi eşitməkdir. Seçkinin nəticəsindən asılı olmayaraq, platformamda nəzərdə tutulan məsələlərin həllinə çalışacağam. Mən həmyerlilərimin doğru seçim edəcəyinə, doğru insana, daim qürur duya biləcəyi şəxsə səs verəcəyinə inanıram. Hər birinizi seçki də aktiv iştirak etməyə səsləyirəm”, - o deyib.

Deputatlığa namizəd daha bir görüşünü isə Füzuli rayonunun Yağlıvənd kəndində keçirib. Görüşdə iştirak edən kənd sakinləri Vüqar Bayramova böyük etimad və ümid bəslədiklərini, ona səs verəcəklərini bildiriblər.

Görüşdə iştirak edən kənd ağsaqqalları Vüqar Bayramova öz xeyir-dualarını veriblər.

Tarix
2020.01.25 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla