Yuxarı

DİN saxta araqları müsadirə etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN saxta araqları müsadirə etdi

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi külli miqdarda saxta spirtli içki ələ keçirib.

Axar.az xəbər verir ki, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Səbuhi Məmmədov Novxanı qəsəbəsi ərazisində saxlanılıb. Onun idarə etdiyi "Mitsubişi" markalı avtomaşından "Banketnaya", "İzbuşka" və "Ambarnaya" markalı 218 ədəd spirtli içki götürülüb. İçkilər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib və onların saxta olması müəyyən edilib.

Araşdırmalarla üzərinə saxta aksiz markaları vurulmuş həmin spirtli içkilərin Xırdalan şəhərində yaşayan Kəlbəcər rayon sakini Vidadi Cümşüdovdan alınması müəyyən edilib və həyata keçirilmiş tədbirlərlə sonuncu da saxlanılıb.

Faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.

Tarix
2015.02.17 / 22:15
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla