Yuxarı

Torpaq almadım, biznes qurmadım: yalnız... – Paşayeva

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Torpaq almadım, biznes qurmadım: yalnız... – Paşayeva

105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva rayonun Bozalqanlı kəndindən olan seçicilərlə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Q.Paşayeva 14 illik deputat fəaliyyətindən bəhs edib, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə təmsil etməyə, Qarabağ həqiqətlərinin dünyada tanıdılmasına var gücü ilə çalışdığını bildirib:

“Millət vəkili olduğum dövrdə Tovuzda nə özüm, nə də ailəm üçün 1 sot torpaq belə almadım. Tovuzda mənim ailəm kiçik də olsa, heç bir bizneslə məşğul olmadı və mənim ailəmin nə burada biznesi var, nə də Azərbaycanın hər hansı bir bölgəsində. Qohumlarımın Tovuzda vəzifəyə təyin edilməsi xahişi ilə heç zaman müraciət etmədim. Bu 14 il ərzində hər zaman Tovuzu və tovuzluları layiqincə təmsil etməyə, sizi narahat edən məsələləri Milli Məclisdə səsləndirməyə və həllini tapması üçün aidiyyəti qurumlara müraciət etməyə çalışdım. Bu illər ərzində tovuzlulardan mənə ünvanlanan və Milli Məclisdə rəsmi qeydiyyatdan keçən yüzlərlə məktubun hər birinin araşdırılması, baxılması və həllini tapması üçün müvafiq qurumlara rəsmi məktub ilə göndərdik. Millət vəkili olduğum illərdə sizin müraciətləriniz əsasında göndərilən məktubların sayını arzu edən hər bir vətəndaş Milli Məclisin müvafiq şöbəsindən əldə edə bilər. Eyni zamanda millət vəkili olaraq ölkəmizi beynəlxalq təşkilatlarda, iştirak etdiyim beynəlxalq tədbirlərdə layiqincə təmsil edə bilmək və hamımızın yaralı yeri olan Qarabağ probleminin dünyada tanıdılması istiqamətində var gücümlə çalışdım. Əgər təkrar dəstək və etimad göstərərsinizsə, sizin Milli Məclisdə səsiniz olaraq bundan sonra da sizi narahat edən və maraqlandıran məsələləri səsləndirməyə çalışacağam”.

Q.Paşayeva Tovuz rayonunda cənab Prezidentin rəhbərliyi altında dövlət tərəfindən həyata keçirilmiş böyük işlər, önəmli layihələri vurğulayaraq, rayonun həllini gözləyən problemlerinin həllinin daha da sürətlənəcəyini deyib. Ölkəmizin inkişafı istiqamətində cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan böyük islahatlardan da danışan Q.Paşayeva bildirib ki, bu istiqamətdə hər birimiz əlimizdən gələni etməliyik.

Görüşdə çıxış edən kənd sakinləri, ziyalılar millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 14 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirərək, yenidən ona səs verəcəklərini deyiblər.

Görüşdən sonra Qənirə Paşayeva kənd sakinlərinin istəyi ilə vətəndaşları tək-tək də dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər aparıb, sakinləri narahat edən problemlərin həll olunması istiqamətində müvafiq qurumlara müraciət edəcəyini deyib.

Q.Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərlə yanaşı, seçki platformasından da danışıb, vətəndaşları maraqlandıran, narahat edən məsələlərlə bağlı sualları cavablandırıb.

Q.Paşayeva həmçinin kəndi gəzərək, şəhid ailələri ilə də görüşüb, onların qayğıları ilə maraqlanıb.

Tarix
2020.01.26 / 22:27
Müəllif
Axar.az
Digər xəbərlər

Araz Nəsirov vəzifəsindən azad olundu

Azərbaycan 19 ölkənin adından çağırış etdi

Türkiyə ilə İsrail arasında münaqişə olsa... - Tramp

Azərbaycanla bu ölkə arasında ilk məsləhətləşmələr keçirildi

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir

Məktəb uşaqları həyata, yoxsa imtahanlara hazırlayır?

Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar

İlham Əliyevdən mühüm fərman: Daha iki idarə yaradılır

"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı

Bu institut ləğv edilir - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla