Yuxarı

Deputatlığa namizəddən çağırış: Onlara səs verin - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının (YAP) 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə deputatlığa namizədi Naqif Həmzəyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü Məhsəti Gəncəvi Mərkəzində keçirilib.

Axar.az xəbər verir ki, görüşdə Təbliğat Qrupunun üzvləri, ağsaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev haqqında ətraflı məlumat verilib, onun fəaliyyəti yüksək qiymətləndirilib. Eyni zamanda, Naqif Həmzəyevin V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı kimi seçildiyi ərazinin inkişafı istiqamətində real işlər görməsindən, problemlərin həlli yolunda seçicilərin köməyinə çatmasından, sadəliyi və səmimiliyi ilə Gəncə sakinlərinin rəğbətini qazanmasından danışıblar.

Görüşə gəldikləri üçün seçicilərə təşəkkür edən N.Həmzəyev Prezidentin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların ümumi inkişafa verdiyi töhfələrdən danışıb.

Deputatlığa namizəd seçiciləri fəal olmağa, seçki günü daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Tarix
2020.01.27 / 13:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla