Yuxarı

Deputatlığa namizəd başqa ölkənin fəxri konsuludur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün keçirilən MSK-nın iclasında 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Cavad Cavadovun həmin dairədən digər namizəd Elnur Allahverdiyevlə bağlı şikayətinə baxılıb.

Axar.az xəbər verir ki, məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

O qeyd edib ki, C.Cavadovun şikayətində Elnur Allahverdiyevin Sloveniya Respublikasının Azərbaycandakı fəxri konsulu olduğu bildirilib:

“O qeyd edib ki, Elnur Allahverdiyevin namizəd olması Konstitusiyaya ziddir. Konstitusiyada qeyd olunub ki, başqa dövlətlər qarşısında öhdəliyi olan şəxslər Milli Məclisin deputatı ola bilməzlər. Biz Xarici İşlər Nazirliyinə bununla bağlı sorğu göndərdik. XİN-dən bizə bildirilib ki, onun fəxri konsul kimi səlahiyyət müddəti 29 dekabr 2019-cu il tarixində bitib. Məktuba Sloveniyanın Türkiyədəki səfirliyinin notası təqdim edilib. Notada Elnur Allahverdiyevin fəxri konsul statusuna 29 dekabrda xitam verildiyi bildirilib. Yanvarın 3-də isə onun namizədliyi qeydə alınıb”.

Müzakirələr zamanı suaları cavablandıran R.İbrahimov fəxri konsulun həmin ölkə qarşısında öhdəlik daşımadığını vurğulayıb.

R.İbrahimov şikayətin əsassız olması səbəbindən təmin edilməməsini təklif edib.

Şikayət əsassız olduğu üçün təmin edilməyib.

Tarix
2020.01.27 / 17:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla