Yuxarı

İranda quşlar tələf olur: Azərbaycan hərəkətə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın şimalında yerləşən Mazandaran vilayətinin Miyankala yarımadasının ətrafında Xəzər dənizində köçəri quşların tələf olması ilə əlaqədar Azərbaycanda Xəzəryani ərazilərə baxış keçirilib.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, baxış zamanı Azərbaycanda belə halın olmadığı qənaətinə gəlinib:

“Amma bununla belə, monitorinq qrupu yaradılıb. Tapşırılıb ki, çox ciddi araşdırma aparılsın, belə faktlar olarsa, quş cəsədləri götürülsün və Qida Təhlükəsizliyi Agentliyinə baytarlıq nəzarəti analizinin aparılması üçün təqdim edilsin. Bununla da onların hansı səbəbdən tələf olduğu müəyyən edilsin”.

H.Əlizadə qeyd edib ki, qış aylarında quşların, heyvanların tələf olması istisna deyil:

"Çünki hava soyuq olur və bədən temperaturu aşağı düşür və yem tapmaq çətinləşir. Amma eyni zamanda da onların kütləvi məhv olması arzuolunan deyil və hazırda da belə fakt yoxdur”.

Qeyd edək ki, İranın şimalında yerləşən Mazandaran vilayətinin Miyankala yarımadasının ətrafında Xəzər dənizində köçəri quşlar qeyri-adi şəkildə tələf olur. Ötən 4 gün ərzində Miyankala yarımadası ətrafında 4,1 min köçəri quş toplanaraq basdırılıb. Ötən gün isə bu say 5,95 min ədədə çatıb. Tələf olan quşlar əsasən qaşqaldaq, ördək və flaminqodur.

Tarix
2020.01.28 / 12:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Regiondan uzaq dövlətlərin prosesə maneə törətməsi...

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla