Yuxarı

Qəribə kənd adları dəyişdirilsin? – Namizədlərdən açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 9-da keçiriləcək parlament seçkilərində namizəd olan şəxslər ölkənin müxtəlif bölgələrində təbliğat-təşviqat kampaniyası aparırlar. Bu kampaniya əsnasında ən çox diqqət çəkən məqamlardan biri də namizədlərin baş çəkdikləri kənd və qəsəbələrin adlarıdır. Bu adlar bəzən sosial şəbəkə istifadəçiləri arasında müzakirə edilir və sözügedən toponimlərin dəyişdirilməsinin zəruriliyi haqqında fikir səsləndirilir. Sosial şəbəkə istifadəçiləri daha çox Neftçalanın Bankə qəsəbəsinin, Aşağı Surra və Tovuzun Dönük qırıqlı kəndinin adının dəyişdirilməsini təklif edirlər.

Bəs namizədlər bu haqda nə düşünürlər?

Mövzu ilə bağlı Axar.az-a danışan xalq şairi, 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd Sabir Rüstəmxanlı bildirib ki, Bankə qəsəbəsinin sakinləri kəndin adının dəyişdirilməsi barədə müraciət etməyib:

“Bir neçə gün öncə Bankə qəsəbəsində seçicilərlə görüş keçirdik. Görüşdə qəsəbənin adının dəyişdirilməsi ilə bağlı hansısa bir təklif və ya müraciət olmadı. Hazırda bizim də bu məsələ ilə əlaqədar planımız yoxdur. Əgər sakinlərin müraciəti olarsa, əlbəttə bu barədə aidiyyəti qurumlar qarşısında məsələ qaldıra bilərik”.

Seçicilərinin bir qismi Aşağı Surra kənd sakinləri olan 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı da kəndin adının dəyişdirilməsi barədə təklif olmadığını bildirib:

“Aşağı Surra kəndində həm deputat olduğum müddətdə, həm də təbliğat-təşviqat kampaniyası çərçivəsində çoxsaylı görüşlərim olub, lakin sakinlər tərəfindən kəndin adının dəyişdirilməsi ilə bağlı hansısa bir müraciət olmayıb. Neftçalada iki Surra kəndi var –Aşağı Surra və Bala Surra. Adətən toponimlər burada yaşayan tayfaların və yaxud da kəndin əsasını qoyan hansısa nəslin adı ilə bağlı olur. Bəzən də kəndlər ona oxşar tarixi yerlərin sinonimi ilə adlandırılır. Hesab etmirəm ki, “surra” adı hansısa narahatlıq yaradır”.

Dönük Qırıqlı kəndi barədə danışan 105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva isə bildirib ki, ad dəyişilməsi üçün kənd camaatı tərəfindən müraciət daxil olmalıdır:

“Hansısa kəndin adının dəyişdirilməsi asan məsələ deyil. Hər şeydən əvvəl tarixi köklər araşdırılmalı, təhrif olunduğu təsdiqlənməli və kənd sakinləri tərəfindən daxil olan müraciətlər nəzərə alınmalıdır”.

Tarix
2020.01.28 / 13:27
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla