Yuxarı

Fəzail Ağamalı Xıdırlıda seçicilərlə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputatlığa namizəd Fəzail Ağamalının növbəti görüşü Salyan rayonunun Xıdırlı kəndində keçirilib.

Axar.az xəbər verir ki, görüşdən öncə Fəzail Ağamalı erməni təcavüzünə qarşı döyüşlərdə şəhid olan igid övladlarımızın məzarlarını ziyarət edib və onların ruhuna dualar oxuyub.

Çoxsaylı seçicilərin toplandığı görüşdə Fəzail Ağamalının vəkilləri Zaman Əmirov və Emin Bayramov namizədin bioqrafiyası və keçdiyi həyat yolunun vacib məqamları barədə danışıblar.

Fəzail Ağamalı Ulu öndərimiz Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında tarixi xidmətləri, ölkəmizdə gedən və geniş miqyas alan islahatlar, onların konkret nəticələri ətrafında geniş danışıb və 4 illik deputatlıq fəaliyyətinin vacib məqamlarını diqqətə çatdırıb.

Görüşdə çıxış edən kənd ziyalısı Adil Abdullayev, ehtiyatda olan zabit, Qarabağ döyüşləri veteranı İldırım Babayev, kənd ağsaqqalları Ağadayı Paşayev, Abdulxaliq Məmmədov və kənd sakinləri Rafiq Süleymanov, Qənbər Qənbərov, Elxan Kərimov Fəzail Ağamalının deputatlıq fəaliyyətini yüksək qiymətləndirərək, qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini söyləyiblər.

Fəzail Ağamalının seçicilərlə görüşləri davam edir.

Tarix
2020.01.28 / 14:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla