Yuxarı

Gürcü prezident ilk azərbaycanlı qadın deputatdan danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan gender bərabərliyi baxımından mütərəqqi ölkədir.

Report xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, Gürcüstanın 1921-ci il konstitusiyası ilə kişi və qadınlar üçün bərabər aktiv və passiv seçki hüququ təmin edilmişdi: “O zaman yerli özünüidarəetmə orqanlarına ilk müsəlman qadın deputat olmaqla beş qadın seçilmişdi”.

S.Zurabişvili Gürcüstanın hər yerində cəmiyyətin bütün səviyyələrində kişilər və qadınlar üçün bərabər münasibət və imnkanlar yaratmaqla bağlı öhdəlik daşıdığını deyib.

Qeyd edək ki, Gürcüstanda müsəlman dünyasının ilk qadın deputatı etnik azərbaycanlı Pərixanım Sofiyeva olub. O, müstəqil namizəd olaraq Tiflis qəzasından seçilib. P.Sofiyeva 1953-cü ildə vəfat edib. Onun Qardabani rayonunun Qaracalar kəndində yerləşən məzarı 2018-ci ilin iyun ayında abadlaşdırılaraq qəbrüstü abidə qoyulub.

Tarix
2020.01.28 / 18:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla