Yuxarı

ADY də koronavirusla bağlı hərəkətə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dəmir Yolları QSC-nin Həkim-Sanitar Xidməti ötən ilin sonunda Çində aşkar edilmiş koronovirus (2019-nCoV) virusunun ölkəmizə keçmə ehtimalını nəzərə alaraq xüsusi Tədbirlər Planı hazırlayıb.

Axar.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Plana əsasən, sərnişin qatarlarında, uşaq-yeniyetmə, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitariya-gigiyena normalarına və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır.

Bundan başqa, ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda lazımi tədbirlər görülür. Sərhəd-keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçib. Sərnişin qatarlarında çalışan briqadalara təlimatlar verilib. Onlar hər hansı bir xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxslə qarşılaşdıqda necə davranacaqları ilə bağlı maarifləndirilirlər. Yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyena qaydalarının gözlənilməsinin vacibliyi barədə sərnişinlər və dəmiryolçular məlumatlandırılıb. Qatar heyətlərinin tibbi-sanitar biliklərinin artırılması istiqamətində işlər gücləndirilib.

Hər hansı xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxs aşkarlanarsa, bu barədə məlumatlar dərhal Həkim-Sanitar Xidmətinə təqdim olunacaq. Həmçinin dəmir yolu vağzallarının radio qovşaqları vasitəsilə sərnişinlərin ümumi gigiyena qaydaları barədə məlumatlandırılmasına başlanılacaq.

Tarix
2020.01.28 / 19:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla