Yuxarı

Azərbaycanda ilk: 10 milyon manata...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda ilk: 10 milyon manata...

Bu gün Maliyyə Nazirliyi ilk dəfə tədavül müddəti 5 il olan 10 milyon manat məbləğində dövlət istiqrazlarını qiymətli kağızlar bazarında uğurla yerləşdirib.

Axar.az bu barədə Müliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hərracın nəticəsinə görə sifarişlərin nominal üzrə ümumi məbləği 50,5 milyon manat təşkil edib ki, bu da investorlar tərəfindən təqdim olunan sifarişlər üzrə orta ölçülmüş qiymətin 101,36 manat (gəlirlilik 8,16%) səviyyəsində müəyyən olunması ilə nəticələnib.

Dövlət qiymətli kağızlarına göstərilən böyük maraq investorlar tərəfindən manata olan etimadın və manatda ifadə olunmuş uzunmüddətli maliyyə alətlərinə tələbatın artmasının göstəricisidir.

Eyni zamanda bu buraxılış dövlət qiymətli kağızları üzrə daha uzunmüddətli gəlirlilik əyrisinin formalaşdırılmasına xidmət etməklə yanaşı, həm də özəl sektorun nümayəndələri tərəfindən milli valyutada buraxılacaq uzunmüddətli qiymətli kağızlar üçün istinad dərəcəsi (bençmark) rolunu oynayacaq.

Qiymətli kağızlar bazarının inkişaf etdirilməsi ilə əlaqədar Maliyyə Nazirliyi zəruri tədbirlərin həyata keçirilməsi davam etdirəcək.

Tarix
2020.01.28 / 19:33
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla