Yuxarı

Manatın məzənnəsi pensiyaya necə təsir edir? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Manatın məzənnəsi pensiyaya necə təsir edir? - Rəsmi

"İqtisadiyyatda baş verən proseslər, o cümlədən manatın məzənnəsi ilə bağlı problemlər pensiya sisteminə təsir göstərmir. Çünki pensiya sisteminin özünün bazar iqtisadiyyatı mühitində fiskal təsirlərdən qorunma mexanizmi var".

Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq hər il həm əmək pensiyalarının sığorta hissəsinin inflyasiya faizinə görə indeksləşdirilməsi aparılır, həm də sosial sığorta haqları şəklində ödənilən fərdi hesablarda qeydiyyata alınan pensiya kapitalları inflyasiya göstəricisinə uyğun olaraq indeksləşdirilir: "Bütün bunlar bazar iqtisadiyyatı mühitində pensiya sisteminin mənfi fiskal təsirlərdən, eləcə də inflyasiyadan qorunması müxanizmini ifadə edir".

"DSMF-nin göstəricilərinə nəzər yetirildikdə neftin qiymətinin dəyişməsi, yaxud da iqtisadiyyatda baş verən digər proseslərin pensiya sisteminə təsir etmədiyini aydın müşahidə etmək olar. Hətta 2014-cü il Fond üçün kifayət qədər uğurlu maliyyə ili olub. Eyni zamanda, Fond il üzrə maliyyələşmələri qrafiklə nəzərdə tutduğu müddətdən əvvəl yekunlaşdırıb. Həmçinin ilin sonuna Fondun profisiti bu hesaba sərbəst qalıqda qalıb", - o əlavə edib.

Tarix
2015.02.18 / 16:57
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla