Yuxarı

Pensiyaçılara şad xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pensiyaçılara şad xəbər

Azərbaycanda təqaüdçüllər pensiyalarını başqa bankların bankomatlarından götürə biləcəklər.

Publika.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlərə bildirib.

O qeyd edib ki, pensiyalar götürülən zaman bankomatların qarşısında növbələr müşahidə olunur: "Bu hal pensiyaların maliyyələşdirilməsində problem kimi qiymətləndirilməməlidir. Bu, vətəndaşların maliyyələşmə günündə, yəni bir gündə bankomatdan öz vəsaitlərini nağd çıxarılması səbəbindən baş verir. Bu məsələnin tənzimlənməsi üçün DSMF müvafiq qurumlarla birgə iş aparır. Bu, iki istiqamətdə aparılır. İlk növbədə, problemin yumşaldılmasını nəzərdən keçiririk və plastik kart sahiblərinə müxtəlif bankların bankomatlarından istifadə etmək imkanının yaradılması barədə düşünürük. Banklar arasında interfeys əlaqəsinin gücləndirilməsi hesabına pensiyaçılarımız plastik kartdan müxtəlif bankların bankomatları vasitəsilə pensiyalarını əldə edə biləcəklər. İkincisi yol isə nağdsız ödəniş şəbəkəsinin genişləndirilməsi və pensiyaçılar arasında bu sahədə təşviqatın aparılmasıdır".

Tarix
2015.02.18 / 19:23
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla