Yuxarı

MN-in şəxi heyəti Heydər Əliyev Mərkəzində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MN-in şəxi heyəti Heydər Əliyev Mərkəzində - Foto

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Şəxsi Heyət şöbəsinin 2015-ci il tədris planına əsasən baş idarənin və onun tabeliyində olan hərbi hissələrin bir qrup şəxsi heyəti fevralın 18-də Heydər Əliyev Mərkəzində olub.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, zəngin mədəni və mənəvi mədəniyyətə malik olan Azərbaycan xalqının tarixi nailiyyətlərini, mədəni həyatda qazanılmış uğurlarını öyrənmək, həmçinin bu müvəffəqiyyətlərin əldə edilməsi sahəsində öz müdrik siyasəti ilə qəlbimizdə böyük sevgi və ehtiram dağı ucaltmış ümummilli liderimiz Heydər Əliyevin həyatı ilə bağlı dəyərli anları yenidən yaşamaq baxımından Mərkəzdə olan gəzinti xoş təssürat yaradıb.

İstər ölkəmizin sürətli inkişaf yolunu, istər tariximizi, istərsə də ulu öndərimizin şəxsi həyatını və əmək fəaliyyətini özündə parlaq əks etdirən sərgi nümunələri, qədim eksponatlar, hədiyyələr və müxtəlif təyinatlı əşyalar böyük maraq doğurmaqla yanaşı ümummilli öndərimizə olan sonsuz sevgi və diqqəti xeyli artırmış və milli qürur hissini gücləndirmişdir.

Tarix
2015.02.18 / 21:51
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla