Yuxarı

Kürdəmirdə 88 yaşlı qadın faciəli şəkildə öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kürdəmirdə 88 yaşlı qadın faciəli şəkildə öldü

Kürdəmirdə 88 yaşlı qadın evində tüstüdən boğulub.

Report xəbər verir ki, rayonun Çöhranlı kənd sakini, 1932-ci il təvəllüdlü Umuhanı Rüstəm qızı Nərimanova yaşadığı evdə yanğın hadisəsi baş verməsi nəticəsində ölməsi barədə Kürdəmir Rayon Polis Şöbəsinin Növbətçi Hissəsindən rayon prokurorluğuna məlumat daxil olub. Həmin məlumat əsasında hadisə yerinə baxış keçirilib, meyitin müayinəsi aparılıb və digər zəruri hərəkətlər icra edilib. Aparılmış ilkin araşdırma zamanı müəyyən olunub ki, Umuhanı Nərimanova Çöhranlı kəndindəki fərdi yaşayış evində tək yaşayırmış, onun görmə və eşitmə qabiliyyəti zəif olub.

Hadisə günü qonşusu ona yemək gətirən vaxt evdə yanğın olduğunun, U.Nərimanovanın öldüyünün şahidi olub. İlkin ehtimala əsasən yanğın evdəki elektrik naqillərində yaranmış qısa qapanma nəticəsində baş verib, otağın daxilində yaranmış tüstü nəticəsində Umuhanı Nərimanova boğularaq ölüb. U.Nərimanovanın meyitinin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.

Rayon prokurorluğunda araşdırma aparılır.

Tarix
2020.02.01 / 11:10
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla