Yuxarı

Fond sədri vətəndaşlarla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fond sədri vətəndaşlarla görüşdü

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Sumqayıtda vətəndaşlarla görüşüb.

Fonddan Axar.az-a verilən məlumata görə, Fond sədri Elman Mehdiyev bu gün Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhərinin, Abşeron, Xızı və Qubadlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün növbəti qəbul keçirib. Fondun məsul əməkdaşlarının, Sumqayıt şəhərinin, Abşeron, Xızı və Qubadlı rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 25-dək vətəndaşın müraciətlərinə baxılıb.

"Açıq qapı" şəraitində davam etdirilən görüşdə əvvəlcədən qəbula yazılanlardan əlavə olaraq gələn vətəndaşların da müraciətləri dinlənilib.

Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri təmin olunub.

Müraciətlər əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub.

Tarix
2015.02.19 / 13:52
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev Tokayevlə görüşdü

İlham Əliyevlə Paşinyan görüşdü - Video

Prezidentə təqdim olunan oyuncaqlar nədir? - Foto

Ermənistan heç özü Qarabağı müdafiə etmədi - Cabarov

Prezident Karla Kanqaluya məktub ünvanladı

İlham Əliyev Japarovu təbrik etdi

İlham Əliyev Şimali Kipr prezidentinə başsağlığı verdi

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla