Yuxarı

Türkiyədə daha şiddətli zəlzələ gözlənilir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə daha şiddətli zəlzələ gözlənilir?

Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda 5 dəqiqə ərzində 5 ardıcıl zəlzələnin baş verməsi ictimaiyyətdə yeni şiddətli zəlzələnin olacağı haqda rəy yaradıb. Belə ki, ekspertlər bu kimi yüngül zəlzələlərin davamında şiddətli təkanların olduğunu bildiriblər.

Məsələ ilə bağlı Axar.az-a danışan Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov bildirib ki, Türkiyədə növbəti güclü zəlzələnin olacağı haqda dəqiq bir fikir demək olmaz:

“Mənə elə gəlir ki, son dövrlərdə dünyada iqlim dəyişikliklərilə əlaqədar olaraq baş verən tufanlar, zəlzələlər, meşə yanğınları, sellər təbii hadisə deyil. Son dövrlərdə zəlzələlər də müdaxilələrlə həyata keçirilir, süni şəkildə yaradılır. Bunu qorxutmaq məqsədilə edirlər. Hansısa ölkə bu və ya digər yolla qonşu dövləti iqtisadi cəhətdən çökdürmək istəyir və yaxud süni zəlzələ yaradır. 21-ci əsrdə belə siyasi-iqtisadi oyunlar gedir”.

Qeyd edək ki, bir qəddər əvvəl Türkiyənin Elazığ vilayətində 6,8 bal gücündə zəlzələ baş verib. Nəticədə 20-dən çox insan ölüb, 1000-dən çox yaralı var.

Tarix
2020.02.04 / 15:17
Müəllif
Yasəmən Kərimova
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla