Yuxarı

Bakıda bu ərazidə tramvay xətti çəkiləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu ərazidə tramvay xətti çəkiləcək

Bakıda tramvay xəttinin çəkilməsi ilə bağlı müzakirələr aparılır.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, hazırda Bakı Nəqliyyat Agentliyi xarici şirkətlə bu barədə araşdırma aparır:

"Hazırda beynəlxalq təşkilatlarla bu istiqamətdə işləyirik. Artıq Lökbatan qəsəbəsi ilə Hövsan qəsəbəsini Neftçilər prospekti üzərindən tramvay xətti ilə birləşdirmək müzakirə mövzusudur. Çünki burda, həmçinin Ağ Şəhərdən tramvay keçməsi mümkündür. Dənizkənarı Milli Parkın birinci sırası sakinlərin əsasən az istifadə etdiyi yerdir, sakinlər əsasən dəniz kənarında gəzməyə üstünlük verir, buna görə də həmin ərazidən xəttin çəkilməsi mümkündür. Əgər həmin təşkilatlar bizə müsbət cavab versə, biz ümumiyyətlə Neftçilər prospektində ictimai nəqliyyatı yığışdıracağıq".

V.Kərimli bildirib ki, xəttin çəkilməsi zamanı bir sıra şərtlər nəzərə alınmalıdır:

"Bu prosesdə bəzi meyarlar var ki, biz onları da müqayisə etməliyik. Avropada tramvaylar bu gün əsasən köhnə şəhər mərkəzlərində qalıb. Həmin mərkəzlərdə tikinti əmsalı və yaşayış 3, 4 və 5 mərtəbəli köhnə evlərdir. Bu da normal olaraq oranın kütləsini qaldıra bilir".

Tarix
2020.02.04 / 19:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla