Yuxarı

Kamaləddin Qafarovun görüşləri davam edir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamaləddin Qafarovun görüşləri davam edir - Foto

9 saylı Binəqədi ikinci Seçki Dairəsindən VI çağırış Milli Məclisə deputatlığa namizəd Kamaləddin Qafarovun rayon seçiciləri ilə görüşləri davam edir.

Axar.az xəbər verir ki, K.Qafarov fevralın 5-də Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının iclas salonunda M.Ə.Rəsulzadə qəsəbəsinin Xutor yaşayış sahəsinin nümayəndələri ilə görüşüb.

Kamaləddin Qafarov görüş iştirakçılarına son dövrdə ölkəmizdə baş verən mühüm ictimai-siyasi proseslər haqqında geniş məlumat verib. O, bu il fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda söylədiyi dərin məzmunlu çıxışını perspektiv proqram sənədi kimi dəyərləndirib.

Sakinlər yaşadıqları ərazinin problemləri ilə bağlı təklif və rəylərini bildirmiş, K.Qafarovla ətraflı fikir mübadiləsi ediblər. Deputatlığa namizəd çatışmazlıqların aradan qaldırılması üçün müvafiq strukturlar qarşısında məsələ qaldıracağına və onların həllinə nail olacağına ümid etdiyini bildirib.

Görüşdə çıxış edən sakinlər dövlətimizin müxtəlif sahələrdə həyata keçirdiyi islahatları ürəkdən dəstəklədiklərini bəyan edib və fevralın 9-da seçki məntəqələrinə gedərək ən layiqli namizədə səs verəcəklərini bildiriblər.

Tarix
2020.02.06 / 11:25
Müəllif
Axar.az
Digər xəbərlər

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla