Yuxarı

Sumqayıt yolunda tıxaclar marta qədər davam edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıt yolunda tıxaclar marta qədər davam edəcək

Avropa Oyunlarına hazırlıqla əlaqədar Bakı-Sumqayıt yolunda aparılan təmir işləri qısa zamanda yekunlaşacaq.

Bununla bağlı "Azəryolservis" ASC-dən Axar.az-a verilən məlumata görə, yollarda davamlı olaraq aparılan təmir işləri Avropa Oyunları ilə əlaqədardır.

Qeyd edək ki, Bakı-Sumqayıt yolunda aparılan təmir işləri ilə bağlı bu gün səhər saatlarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Məlumata görə, iyunda Bakıda keçiriləcək beynəlxalq tədbirlə əlaqədar Moskva prospekti – 20 Yanvar tuneli, Ziya Bünyadov prospekti – 20 Yanvar dairəsi, Bakı-Sumqayıt yolu (geriyə dönməklə dairəvi yol) və Bakı-Ələt yolunun 4-cü və 14-cü kilometrində təmir işləri ilə əlaqədar avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb.

Həmçinin şəhərin mərkəzində də bəzi yerlərdə təmir və yenidənqurma işləri aparılır. İşlərin mart ayının sonuna qədər başa çatdırılması gözlənilir.

Bundan əlavə, Avropa Oyunları ilə əlaqədar Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəd avtomobil yolunun 8-ci kilometrliyində 700 metrlik məsafə də təmir olunur.

Tarix
2015.02.20 / 12:00
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla