Yuxarı

Vətəndaşlar nazirlə nə danışdı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vətəndaşlar nazirlə nə danışdı?

Nazir Hüseyn Bağırov Biləsuvar şəhərində vətəndaşlarla görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, bu gün nazir Biləsuvar şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında Biləsuvar, Cəlilabad, Salyan və Neftçala rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Görüşdə H.Bağırovla birlikdə Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak edib və 40-dan çox vətəndaşın şikayət, təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Müraciətlər əsasən, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Tarix
2015.02.20 / 12:42
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla