Yuxarı

Bakı polisindən oyuncaq əməliyyatı: deputatdan çağırış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı polisindən oyuncaq əməliyyatı: deputatdan çağırış

Bakıda Kəbə evinin bombalanmasını əks etdirən helikopter oyuncaqlar yığışdırılır.

Axar.az-a verilən məlumata görə, hüquq-mühafizə orqanları bu oyuncaqların kimlər tərəfindən satışının təşkil edildiyini təftiş edir. Paytaxtın əksər mağazalarında satılmayan bu oyuncaqlara uşaq dükanlarında nadir hallarda rast gəlinir. Mağaza sahibləri isə oyuncaqların qutuda gəldiyini və bundan xəbərsiz olduqlarını qeyd ediblər.

Bu halla Beyləqan rayon sakini Ruslan Nəzərov da rastlaşıb. Övladına nənəsi tərəfindən alınan oyuncaq görənləri təəccübləndirib. Belə ki, helikopter oyuncağı işə düşən zaman divarda islam mədəniyyətinin əsas mərkəzi olan Məkkə şəhərində yerləşən Kəbə evinin bombalanması əks olunur.

Deputat Zahid Oruc isə "Analitik.az"a deyib ki, uşaq oyuncaqları həddindən çox hərbiləşib. Onun sözlərinə görə, islam aləmi üçün müqəddəslik daşıyan bu yerin ətrafında insanlar daha həssaslıqla yanaşma sərgiləyəcəklər və bunu pisləyəcəklər: "Məgər Kəbəyə yönəlməyən silah növləri uşaqların psixologiyasında azmı mənfi izlər buraxır? Qətiyyən yox. Hesab edirəm ki, biz ilk növbədə buna diqqət etməliyik. Əslində bu təfəkkür, beyin və zəkalar uğrunda mübarizənin tərkib hissəsidir. Dünyada bu sahə üzrə mərkəzlər fəaliyyət göstərir".

Tarix
2015.02.20 / 14:10
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla