Yuxarı

AST Telmanın qardaşına 17 il həbs cəzası verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AST Telmanın qardaşına 17 il həbs cəzası verildi

Moskva regional məhkəməsi azərbaycanlı biznesmen, “Çerkizov” bazarının keçmiş sahibi, "AST Telman" kimi tanınan Telman İsmayılovun qardaşı Rafiq İsmayılovu cəzasını ciddi rejimli həbsxanada çəkməklə, 17 il azadlıqdan məhrum edib.

Axar.az Bakipost.az-a istinadla xəbər verir ki, Rafiq İsmayılova qarşı hökm bu gün oxunub. O, qətldə və qanunsuz silah gəzdirməkdə təqsirli bilinib. Bundan başqa, R.İsmayılov 4 milyon rubldan çox cərimələnib.

İstintaqın versiyasına görə, Rafiq İsmayılov 2016-cı ildə iki nəfərin – Rusiyada ticarət komplekslərinin sahibi Vladimir Savkinlə “Lyublino motors”un təsisçisi Yuri Brilevin qətlinin əsas iştirakçılarından olub. Qətlin birbaşa icraçısı Mehman Kərimov olsa da, ona silahı Rafiq İsmayılov verib. Kərimov İsmayılovdan fərqli olaraq, 13 il həbsə məhkum edilib.

Qeyd edək ki, bu cinayətdə Telman İsmayılovla digər qardaşı Vaqif İsmayılov da təqsirləndirilən şəxs qismindədirlər. Qardaşlar beynəlxalq axtarışdadır.

Məlumata görə, T.İsmayılov 2018-ci ildə Monteneqro vətəndaşlığı alıb.

Tarix
2020.02.07 / 01:09
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan Musayevin ekstradisiyası ilə bağlı açıqlama

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq

Azərbaycan İranın ən güclü sütunlarından biri olub

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər...

Türkmənistanda Birgə Bəyanat imzalandı

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi

Bu ölkələrlə investisiya fondları yaratdıq: yüz milyonlarla dollar...

Türkmənbaşıda sənədlərin imzalanması mərasimi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla