Yuxarı

Deputatlığa namizəd xalq artisti ilə birgə... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatlığa namizəd xalq artisti ilə birgə... - Video

60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı növbəti dəfə seçiciləri ilə görüş keçirib.

Axar.az xəbər verir ki, görüşdə çıxış edən F.Ağamalı tutduğu vəzifədən asılı olmayaraq, ömrünün sonuna kimi xalqına xidmət edəcəyini bildirib.

Heydər Əliyevin milli düşüncə üçün müstəsna rol oynadığını qeyd edən F.Ağamalı bunları deyib:

“Heydər Əliyev 1969-cu ildə çox ciddi əhəmiyyət kəsb edən bir addım atdı. Həmin dövrdə Mərkəzi Komitənin birinci katibinin rəsmi yığıncaqlarında ana dilində danışmaq olmazdı. Ancaq Heydər Əliyev 1969-cu ildə bu stereotipləri qırdı və BDU-nun 50 illik yubileyində Azərbaycan dilində çıxış etdi. Bunun özü böyük hadisə idi. Bu hadisə milli şüurun inkişafında müstəsna rol oynadı, bizi ruhlandırdı”.

Qeyd edək ki, seçicilərlə görüşdə xalq artisti Nurəddin Mehdixanlı da iştirak edib.

Tarix
2020.02.07 / 11:17
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla