Yuxarı

Bakıda bu vaqonların ilk planlı təmiri aparılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu vaqonların ilk planlı təmiri aparılır

Bakı Metropoliteni QSC-də 5 ilə yaxındır istismarda olan yeni nəsil qatarlarında planlı qaldırma təmirinə başlanılıb.

QSC-dən Axar.az-a bildirilib ki, 2019-cu ildə imzalanmış müqaviləyə əsasən, vaqonların istehsalçısı olan Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsinin nəzdində fəaliyyət göstərən “Metrovaqonmaş-Servis” Birliyi bu təmir işlərini yerinə yetirir. Hazırda şirkətin 17 nəfərdən ibarət mütəxəssis qrupu “Nərimanov” elektrik deposunda təmir işlərini aparır. Qrupa ümumi işlərə rəhbərlik edən böyük usta, mühəndislər, ustalar, həmçinin elektrik, mexaniki və pnevmatika avadanlıqları üzrə digər mütəxəssislər cəlb olunub. Təmirin bu növündə vaqonların dartı mühərrikləri, güc inventorları, elektrik və elektron avadanlıqları, işıqlandırma, videomüşahidə, iqlim-nəzarət sistemləri və digər elementlərinin təmiri, eləcə də bu işlərin yekununda sınaqları daxildir.

Bağlanılmış müqaviləyə uyğun olaraq, “Metrovaqonmaş-Servis” təmir üçün lazım olan bütün avadanlıqları əldə edərək, texnoloji prosesləri ilə yanaşı sazlama işlərinin yerinə yetirilməsini təmin etməlidir. Qaldırma təmiri ilə əlaqədar istehsalçı şirkətlə bağlanmış müqavilənin ən mühüm cəhəti yerli təmirçi kadrların hazırlanmasını nəzərdə tutmasıdır. Tədris prosesinə vaqonlara keyfiyyətli xidmətin göstərilməsi, müntəzəm təmirin aparılması və digər yoxlama-sınaq işlərinin öyrədilməsi daxildir. Bununla əlaqədar ilkin hazırlıq tədbirləri əvvəlcədən görülüb. Qaldırma təmiri ilə əlaqədar istehsalçı müəssisənin aparıcı mütəxəssisi Bakı Metropoliteninə ezam olunaraq, tədris prosesinə cəlb edilib. 35 nəfərdən ibarət işçi qrupunun nəzəri bilikləri mənimsəməsi təmin olunub. Məhz bu kadrlar hazırkı təmir prosesi zamanı əyani praktiki biliklərə də yiyələnərək, rusiyalı mütəxəssislərlə təcrübə mübadiləsi aparır və gələcəkdə yeni mütəxəssislərin yetişdirilməsində də fəal iştirak edəcəklər.

Tarix
2020.02.07 / 21:00
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla