Yuxarı

"London Post" Milli Məclisə seçkilərdən yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"London Post" Milli Məclisə seçkilərdən yazdı

Böyük Britaniyanın “London Post” qəzetində fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə dərc edilib.

Axar.az xəbər verir ki, məqalədə Azərbaycanın daha sürətli inkişafının təmin olunması məqsədilə Prezident İlham Əliyevin beşinci çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında Sərəncamı ilə fevralın 9-da ölkədə parlament seçkilərinin keçiriləcəyi bildirilir.

Yazıda bildirilir ki, bu seçkilər Azərbaycanın müstəqilliyinin ilk illərindən ölkədə Heydər Əliyev tərəfindən həyata keçirilmiş demokratik və siyasi islahatların bir hissəsidir. Hazırda bu siyasi islahatlar Heydər Əliyevin layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Məqalədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun seçkilərə hazırlıq prosesi ilə bağlı fikirlərinə də istinad edilir. Parlament seçkilərini çoxsaylı yerli və xarici müşahidəçilərin izləyəcəyi diqqətə çatdırılır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyalarının da seçki prosesini yaxından izləyəcəkləri vurğulanır.

Tarix
2020.02.08 / 19:02
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla