Yuxarı

Oğuzda səs verməyə gedən gəncə sürpriz edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğuzda səs verməyə gedən gəncə sürpriz edildi - Foto

Həyatında ilk dəfə səsvermədə iştirak edən Oğuz rayonunun Xalxalqışlaq kənd sakini Ceyhun İsmayılzadə Milli Məclisə seçkilər günündə ikiqat sevinc hissi yaşayıb.

Axar.az xəbər verir ki, fevralın 9-da 18 yaşı tamam olan Ceyhun İsmayılzadə səs vermək üçün 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin Xalxalqışlaq kəndində yerləşən 3 saylı seçki məntəqəsinə gələrkən xoş sürprizlə qarşılaşıb. Məntəqə seçki komissiyasının sədri Araz Cəfərov gənc seçicini doğum günü münasibətilə təbrik edərək, ona Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilmiş “İlk dəfə səs verən seçici” vəsiqəsini təqdim edib.

Doğum gününün parlament seçkiləri gününə təsadüf etməsindən böyük qürur hissi keçirdiyini bildirən Ceyhun İsmayılzadə deyib: “Xoşbəxtəm ki, doğum günüm belə əlamətdar günə təsadüf edir. İlk dəfədir səs verirəm və bununla fəxr edirəm. Bu tarixi gün yaddaşımda xoş bir xatirə kimi əbədi qalacaq”.

Ümumiyyətlə, 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə parlament seçkilərində ilk dəfə səs verən gənclərin sayı 64 nəfərdir.

Tarix
2020.02.09 / 17:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla