Yuxarı

Ekzit-pollun deputat “seçdiyi” partiya sədrini MSK sildi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekzit-pollun deputat “seçdiyi” partiya sədrini MSK sildi...

Mərkəzi Seçki Komissiyasının seçkinin ilkin nəticələri ilə bağlı elan etdiyi rəsmi açıqlamada diqqəti ən çox çəkən dairələrdən biri də 79 saylı İmişli seçki dairəsidir.

Axar.az xəbər verir ki, həmin dairənin favoritlərindən bir də Regional Beynəlxalq Analitik Mərkəzinin rəhbəri, AXCP sədrliyinə iddiaçı Razi Nurullayevdir.

Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutunun keçirdiyi ekzit-pollun nəticələrinə görə, Razi Nurullayev 49 faiz səslə liderlik edirdi. Bu sahədə ixtisaslaşan "Opinion Way" onun nəticələrinin rəsmi nəticələrdən 5-7 faiz fərqlənəcəyinə iddialı idi.

Lakin rəsmi sayılmada “balta kökündən vuruldu”. Belə ki, MSK-nın elan etdiyi ilkin nəticələrə görə, bu dairədə lider R.Nurullayev deyil, Murad Fərzəliyevdir. Maraqlıdır ki, M.Fərzəliyev cəmi 23,7 faizlə liderlik edir.

Belə çıxır ki, R.Nurullayevlə bağlı "Opinion Way" 5-7 faiz deyil, ən azı 26 faiz (və daha çox) yanılıb.

Aldığımız məlumata görə, bu dairədə hazırda ciddi araşdırmalar aparılır.

Tarix
2020.02.10 / 09:13
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla