Yuxarı

Yol hərəkəti qaydalarını pozan 14 nəfər tutuldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol hərəkəti qaydalarını pozan 14 nəfər tutuldu - Video

Dövlət Yol Polisi əməkdaşları Bakıda polisin qanuni tələbini yerinə yetirməməsi, eləcə də avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçısının həyatına real təhlükə yaratması və sükan arxasında sərxoş vəziyyətdə avtomobil idarə edilməsi ilə bağlı məhkəmələr tərəfindən çıxarılan qərar əsasında inzibati həbs olunan 14 nəfərlə görüş keçirib.

Report xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində keçirilən görüşdə BŞDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov həbs olunanlarla fərdi söhbət aparıb. Həbs olunan sürücülər arasında sürücülük vəsiqəsi və avtomobili idarə etmək üçün heç bir sənədi olmayan sürücülər də olub.

V.Əsədov bildirib ki, bu kimi görüşlərin keçirilməsi ictimai qınaq metodu kimi nəzərdə tutulub: "Bu tədbirlər DYP əməkdaşları tərəfindən mütəmadi davam etdiriləcək. Məqsəd isə paytaxt sakinlərinin təhlükəsizliyini və hər bir yol hərəkəti iştirakçısının mənzil başına sağ-salamat çatmasını təmin etməkdən ibarətdir".

Qeyd edək ki, DYP əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı saxlanılan 14 nəfər məhkəmə qərarı ilə 10 gündən 30 gün müddətinə qədər həbs olunub.

Tarix
2015.02.21 / 18:10
Müəllif
Axar.az
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla