Yuxarı

“Koroğlu”da taksi müsibəti - Qarşıdurma

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Koroğlu”da taksi müsibəti - Qarşıdurma

Bakıya yağan qar taksilərin əlinə bəhanə verib. Metronun "Koroğlu" stansiyası qarşısından kəndlərə gedən taksi sürücüləri yolların sürüşkənliyini səbəb göstərib gediş haqlarını artırıblar.

Bu barədə Axar.az-a xəbər verən əməkdaşımızın sözlərinə görə, gediş haqqı 3-5 manat civarında qaldırılıb. Adi günlərdə adambaşı 2 manata işləyən taksilər şaxtalı hava şəraitini və yolların buz bağlamasını bəhanə edərək gediş haqqını "ceyran belinə" mindirib. Müxbirimiz xəbər verir ki, bu saatlarda "Koroğlu" metrosu qarşısında izdiham var. Marşrutlarda interval artıb, sərnişin sıxlığı yaranıb, fürsətdən sui-istifadən edən taksilər isə qiyməti bahalaşdırıb. Bu da öz növbəsində narazılıq yaradıb.

Sürücülər isə müştərilərin etirazını vecinə almır, onsuz da bu qiymətə getməyə razı olacaqlarını fikirləşirlər.

Qeyd edək ki, paytaxta yağan güclü qar komunal təsərrüfatda və ictimai nəqliyyatda problemlər yaradıb.

Tarix
2015.02.21 / 23:18
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Şərifdən 8 Noyabr mesajı: Cəsarətin tarixi sübutu...

Prezident xalqımızın torpaq həsrətinə son qoydu - Qafarov

Dövlət rəsmiləri Zəfər parkında - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla