Yuxarı

Sabiq başçı: Mənə bəraətin verilməsi gözlənilməz oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabiq başçı: Mənə bəraətin verilməsi gözlənilməz oldu

Məhkəmənin düzgün qərar qəbul edəcəyinə ümid etsəm də, mənə bəraətin verilməsi gözlənilməz oldu.

Axar.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Gürcüstanın Marneuli rayonunun sabiq icra başçısı Temur Abazov bildirib.

O deyib ki, iki ilə yaxın davam edən məhkəmə prosesində 100 nəfərdən çox şəxs ifadə verib: “Mənə qarşı irəli sürülən ittihamların heç biri təsdiqini tapmadı. Məhkəmə ilə sübut olundu ki, ittihamların hamısı əsassız olub. Cinayət əməlində mənim adımın hallanması yalnız Elçin Allahverdiyevin şəxsi maraqlarına cavab verib”.

T.Abazov gələcək planları və siyasətə qayıdıb-qayıtmayacağı ilə bağlı sualı da cavabandırıb. O, məhkəmənin qərarı ilə iki saat öncə tanış olduğunu deyib: “Bildiyiniz kimi, Gürcüstanın Pauerliftinq Federasiyasının vitse-prezidenti vəzifəsində çalışıram. Bu vəzifəyə dörd il müddətinə seçilmişəm. Digər gələcək planlar barədə düşünməyə hələ vaxtım olmayıb. Bu barədə fikirləşəcəyəm və inanıram ki, ən doğru addımı atacağam”.

Qeyd edək ki, bu gün Rustavi Şəhər Məhkəməsinin qərarı ilə T.Abazov bəraət alıb.

Tarix
2020.02.12 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla