Yuxarı

Ölkədə nümunəvi dönərxanalar yaradılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bütün sanitar-gigiyenik göstəriciləri beynəlxalq standartlara uyğun olan nümunəvi pilot dönərxanalar fəaliyyət göstərəcək.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində Süfrə MMC yaradılacaq:

“MMC-nin əsas rolu qida təhlükəsizliyi standartlarını özündə əks etdirən pilot layihələri tətbiq etmək olacaq. Belə pilot layihələrdən biri də minimum keyfiyyət təhlükəsizliyi tələblərini özündə əks etdirən dönərxanaların yaradılmasıdır. Təxminən 7 kvadrat metrlik sahəni əhatə edən, amma bütün sanitar-gigiyenik göstəriciləri beynəlxalq standartlara uyğun olan dönərxanalar yaradılacaq. Dönər fəaliyyəti ilə məşğul olan minlərlə kiçik və orta sahibkarlıq subyektlərinə müraciət edəcəyik ki, onlar bu layihədə iştirak etsinlər.

Azərbaycanın müxtəlif regionlarındakı dönərxanalar arasından seçimlər edəcəyik. Dönərxanalar püşkatma yolu ilə seçiləcək. Qida Təhlükəsizliyi İnstitutu tərəfindən bütün bu işlər pulsuz həyata keçiriləcək. Layihə çərçivəsində ilkin olaraq kiçik ölçülü, modul tipli heyvan kəsimi ilə bağlı məntəqələr yaradılacaq. 39 rayonda 40 kəsim məntəqəsi yaradılması nəzərdə tutulub. Hazırda həmin məntəqələrin quraşdırıla biləcəyi yerlər müəyyənləşdirilir”.

Tarix
2020.02.13 / 15:00
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla