Yuxarı

Gəncədə ictimai dinləmə keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə ictimai dinləmə keçirildi

Ekoloji rəylərin alınması, tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə Gəncə şəhərində keçirilib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov bildirib.

O qeyd edib ki, Gəncə şəhərində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) istifadəsinə ayrılmış torpaq sahəsində çoxmənzilli yaşayış kompleksinin tikinti layihəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə əlaqədar keçirilən ictimai dinləmədə layihə icraçıları, ictimaiyyət, QHT nümayəndələri və ekspertlərin iştirakı ilə müzakirələr aparılıb, maraqlı tərəflərin fikirləri dinlənilib.

Yekun rəy qəbul edilərək tikinti üçün ayrılmış ərazinin 25,7 faizində yaşıllıq salınmasına dair icraçı qarşısında tələb qoyulub.

Nazirliyin idarə rəisi onu da bildirib ki, ETSN-yə təqdim olunan bütün ekoloji layihələrə şəffaflığın təmin olunması və ictimaiyyətin məlumatlandırılması məqsədilə yalnız ictimai dinləmələrdən sonra rəy verilir.

Tarix
2020.02.14 / 17:07
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla