Yuxarı

Xəzərin bu sahil torpaqları deqradasiyaya məruz qaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbii amillərlə yanaşı, bəzi antropogen amillər Samur-Abşeron arası Xəzərsahili arid torpaqlarını deqradasiyaya məruz qoyub.

Axar.az xəbər verir ki, AMEA Coğrafiya İnstitutunun akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən elmi seminarının iclasında Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri, dosent İsmayıl Quliyev "Samur-Abşeron arası düzən torpaqlarının müxtəlif ekosistemlərdə təbii və antropogen deqradasiyası və torpaqlardan səmərəli istifadə yolları" mövzusunda məruzə edib.

Məruzəçi bildirib ki, təbii amillərlə yanaşı, əhalinin dağlıq bölgələrdən düzənliyə miqrasiyası ilə bağlı örüş və otlaq sahələrinin azalması və əraziyə düşən yüklənmənin çoxalması, yay mövsümündə terraslarda ot örtüyünün yandırılması, torpaqların suvarılması zamanı mütərəqqi texnoloji üsullardan istifadə edilməməsi, ətraf torpaq sahələrinin mütəhərrik qum tufanlarından və eroziyadan mühafizəsi üçün mübarizə tədbirlərinin görülməməsi, torpaqların neft hasilatı, daş karxanaları, sənaye-seliteb komplekslər, yol-nəqliyyat şəbəkəsinin genişlənməsi və s. kimi antropogen amillər Samur-Abşeron arası Xəzərsahili arid torpaqlarını deqradasiyaya məruz qoymuşdur.

Ərazidə tədqiqat aparan alim əsas deqradasiya tiplərini müəyyənləşdirmiş, cədvəllər, sxem və xəritələr əsasında ərazinin bitki örtüyü, su və külək eroziyası, əhalinin sıxlığı, bioiqlim rayonlaşma, texnogen deqradasiya və antropogen amillərə görə torpaq deqradasiyasının qiymətləndilməsi işini aparıb.

Məlum olub ki, 250,5 ha-nın (ümumi ərazinin 61,4%-i) şiddətli və çox şiddətli, 129,6 ha-nın (ümumi ərazinin 31,3%-i) mülayim, 20,911 ha-nın isə (ümumi ərazinin 4,8%-i) zəif deqradasiya olmaqla, ümumiyyətlə, torpaq örtüyünün ümumi ərazisinin 97,5%-i müxtəlif dərəcədə deqradasiyaya məruz qalıb.

Tarix
2020.02.17 / 19:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla