Yuxarı

Bakıda bank rəhbərinin oğlu qızdırmadan öldü - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bank rəhbərinin oğlu qızdırmadan öldü - Açıqlama

12:37

Bank Respublika ASC-nin sahibi Natiq Quliyevin oğlunun qızdırmadan dünyasını dəyişməsi ilə bağlı TƏBİB açıqlama verib.

Qurumun mətbuat katibi Rəvanə Əliyeva Axar.az-a bildirib ki, dünən gecə saatlarında Bakının Məmməd Araz küçəsi-4 ünvanında 15 yaşlı oğlanın halı pisləşdiyi üçün xəstəxanaya aparılıb.

“Oğlanın halı pisləşdiyi üçün anası ona antibiotik vurub. Bundan sonra onun vəziyyəti daha da ağırlaşıb. Hadisə yerinə həm dövlət, həm də iki özəl təcili tibbi yardım çağırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, oğlanın həyatını xilas etmək mümkün olmayıb. Ölümün dəqiq səbəbi haqqında hələlik bizdə məlumat yoxdur”.

Qeyd edək ki, bu haqda məlumatı Demokrat.az saytı yayıb. Bildirilir ki, Natiq Quliyevin oğlunun hərarətinin yüksəldiyi üçün ona ev şəraitində antibiotik vurulub. Lakin bundan sonra yeniyetmənin halı daha da pisləşib və o, dünyasını dəyişib.

Azərbaycan Mətbuat Şurasının binası önündə Natiq Quliyevin oğlu ilə vida mərasimi keçirilib. Mərasimə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rustəmov və digər bank rəhbərləri qatılıblar.

Tarix
2020.02.18 / 14:54
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla