Yuxarı

Məşhur qazimizin Vikipediya məqaləsi silindi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur qazimizin Vikipediya məqaləsi silindi

Azərbaycan Ordusunun ehtiyatda olan giziri Natiq Mehdiyevin Vikipediyada olan məqaləsi silinib.

Axar.az xəbər verir ki, bu barədə Qarabağ qazisi özü Feysbuk hesabında qeyd edib.

“Təəssüf ki, Vikipediyadakı məqaləmi siliblər. Elnur Eltürk və komandası mənim haqqımda məqalə yaratmışdılar. Görünür, hansısa qüvvələr bizim məqaləmizin olmasını istəmirlər. Bu günlərdə özümlə bağlı internetə məlumatlara baxanda məqaləmin silindiyini gördüm”, - N.Mehdiyev bildirib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən AMEA Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk sözügedən məqalənin könüllülər tərəfindən yüksək səviyyədə hazırladığını bildirərək, onun silinməsindən təəssüf hissi keçirdiyini söyləyib:

“Məqalənin məzmunu və istinadları yerində idi. Amma nədənsə səsvermə yolu ilə silinib. Təəssüf ki, müzakirədən də xəbərimiz olmayıb. Natiq Mehdiyev qəhrəman oğlumuzdur və onun Vətən qarşısında xidmətləri misilsizdir. Dövlətimiz tərəfindən də təltif olunub. Həm də ölkənin ictimai, sosial və mədəni həyatında tanınmış isimlərdəndir.

Amma elə şəxslər var ki, onların məqaləsi Vikipediyanın prinsiplərinə, qaydalarına ziddir. Həmin məqalələr müzakirə yolu ilə, ya da birbaşa idarəçi tərəfindən silinir”.

Tarix
2020.02.18 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla