Yuxarı

MSK-dan Bəxtiyar Hacıyevin şikayəti ilə bağlı - Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

MSK-nın iclasında daha sonra 29 saylı Səbail seçki dairəsi üzrə namizəd olmuş Bəxtiyar Hacıyevin MSK-ya ünvanladığı şikayətə baxılıb.

Axar.az-ın məlumatına görə, məsələ barədə məlumat verən MSK üzvü Ramiz İbrahimov deyib ki, B.Hacıyev şikayətində seçki dairəsi üzrə nəticələrin ləğvini xahiş edib.

R.İbrahimov qeyd edib ki, B.Hacıyev, həmçinin, araşdırmada iştirak etmək istəyib və onun bu istəyi təmin edilib:

“Bəxtiyar Hacıyev iclasda müzakirəyə çıxarılacaq rəylə tanış olmaq istəyib. Ancaq qanunvericilikdə belə bir hal nəzərdə tutulmayıb. Hacıyev 22 seçki məntəqəsində nəticələrin ləğv edilməsini istəyib. O, bir ədəd elektron məlumat daşıyıcısı təqdim edib. Bu görüntülər elə də keyfiyyətli olmasa da, biz onu icraata daxil etmişik”.

MSK üzvü araşdırma nəticəsində 29 saylı Səbail seçki dairəsi üzrə pozuntular səsvermənin nəticələrinin 1, 5, 9, 11, 17 və 25 saylı məntəqələr üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə əsas verdiyini vurğulayıb.

İclasda Bəxtiyar Hacıyev də iştirak edib. O, şikayəti ilə bağlı fikirlərini əsaslandırmağa çalışıb.

Müzakirədən sonra 29 saylı Səbail seçki dairəsi üzrə 6 məntəqədə seçkinin nəticələri ləğv edilib.

Tarix
2020.02.18 / 19:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla