Yuxarı

Gürcüstanla Rusiyanı birləşdirən yeganə yol bağlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanla Rusiyanı birləşdirən yeganə yol bağlandı

Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil yolu – Mtsxeta-Stepantsminda-Lars avtomagistralı fevralın 18-də yenidən bağlanıb.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfratruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Məlumatda deyilir ki, fevralın 18-də havaların gözlənilmədən istiləşməsi dağlarda qarın sürətlə əriməsinə səbəb olub. Nəticədə mavtomagistralın Qudauri-Kobi hissəsində qar uçqunu və torpaq sürüşməsi təhlükəsi artıb.

Departament vətəndaşların təhlükəsizliyi baxımından magistralın həmin hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkətini qadağan edib.

Bu yol Gürcüstandan Rusiyaya gedən yeganə quru yoldur. Hazırda magistralda 300-dək avtomobil dayanıb.

Tarix
2020.02.18 / 22:44
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla