Yuxarı

Masallıda torpaq sürüşməsi oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Masallıda torpaq sürüşməsi oldu - Foto

Masallıda torpaq sürüşməsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Xəlifələr kənd sakini Rahib Eyvazova məxsus fərdi evin qarşısındakı həyətyanı sahədə qeydə alınıb.

Belə ki, 70-80 metrlik ərazini əhatə edən torpaq qatı təxminən 6-7 metrlik dərinlikdən sürüşərək kənd yolunu tamamilə bağlayıb. Sürüşmə zamanı Rahib Eyvazovun həyətində becərib bəslədiyi 60-dan çox müxtəlif növ sitrus və meyvə ağacı, həmçinin çəpəri torpağın altında qalıb.

Hadisədən dərhal sonra Masallı Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri kəndə gələrək, sürüşmə zonasına baxış keçiriblər. İlkin versiya kimi hadisənin son günlər yağan intensiv yağış və qar səbəbindən baş verdiyi qənaətinə gəlinib. Qabaqlayıcı tədbir olaraq ərazi qardan təmizlənib.

Yerli sakinlərin sözlərinə görə, sürüşmə yenidən təkrar olunacağı təqdirdə yaxınlıqdakı evlərin də bundan ziyan çəkmələri qaçılmazdır. Rahib Eyvazovun evini isə torpaq sürüşməsi qeydə alınan ərazidən cəmi 12 metrlik məsafə ayırır.

Masallı Rayon İcra Hakimiyyəti başçısının Yeyənkənd inzibati ərazi nümayəndəsi Barat Nağıyev APA-nın yerli bürosuna sözü gedən ərazidə qabaqlayıcı tədbirlərin davam etdirildiyini, hadisə barədə müvafiq qurumların məlumatlandırıldığını bildirib.

Tarix
2015.02.24 / 00:54
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla