Yuxarı

Azərbaycandakı uzunömürlülər Ginnesin kitabına niyə salınmır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandakı uzunömürlülər Ginnesin kitabına niyə salınmır?

Ölkəmizdəki uzunömürlülərin Ginnesin Rekordlar Kitabına salınmamasının səbəbi açıqlanıb.

Axar.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Trend-ə Ginnesin Rekordlar Kitabına yalnız yaşının verifikasiyası aparılan şəxslər daxil edildiyini bildirib.

İnstitut direktorunun sözlərinə görə, Ginnesin rekordlar kitabına düşən ən uzunömürlü insanın 117 yaşı var: “Bu kitaba Azərbaycan uzunömürlülərinin düşməsi üçün ən aşağı yaş həddi 118-dir. Hələ ki, ölkəmizdə yaşı verifikasiya olunmuş və sənədlə təsdiq edilmiş 118 yaşlı uzunömürlü yoxdur”.

Qeyd edək ki, Azərbaycanda yaş verifikasiyası aparılmış uzunömürlülər içərisində ən yaşlı insan Lənkəran rayon Sütəmurdov kənd sakini 104 yaşlı Mirzadə Cabbarovadır.

Tarix
2020.02.19 / 23:26
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla