Yuxarı

Bakıda villa gözətçisi bıçaqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda villa gözətçisi bıçaqlandı

Bakıda gözətçi bıçaqlanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində baş verib.

Şirvan şəhər sakini 1995-ci il təvəllüdlü Paşayev Elvin Elçin oğlu adıçəkilən yaşayış massivindəki villalardan birinə gələrək orada gözətçi işləyən qohumu, Sabirabad rayon sakini, 1980-cı il təvəllüdlü Qayıbov Pənah Şükür oğlunu bıçaqlayaraq hadisə yerindən qaçıb.

Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Hazırda E.Paşayevin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2020.02.20 / 10:11
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla