Yuxarı

Bakıda iki xalaoğlu bıçaqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda iki xalaoğlu bıçaqlandı

Bakıda iki nəfərin bıçaqlanması hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə fevralın 19-da, saat 20:00 radələrində, Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, İsmayıllı rayon sakini, 1996-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Şafiq Talıbov döş qəfəsindən, onun xalası oğlu, Göyçay rayon sakini, 1978-ci il təvəllüdlü Ramin Məmmədov isə kürək nahiyyəsindən bıçaqlanıb. Hər iki şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Səhhətləri ilə əlaqədar onların dindirliməsi mümkün olmayıb.

Faktla bağlı Binqədəi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin zərərçəkmişlərlə bir yerdə işləyən Baxış adlı şəxsin olması müəyyən olunub.

Həmin şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2020.02.20 / 10:25
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla