Yuxarı

Əpl məhsulları Bakıda da bahalaşıb? – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əpl məhsulları Bakıda da bahalaşıb? – Açıqlama

“Əpl” (Apple) şirkətinin koronavirusla əlaqədar olaraq Çindəki bütün mağazalarının, həmçinin, Ayfon smartfonlarının yığıldığı iki ən iri fabrikin fəaliyyətini dayandırdığı və bu səbəbdən sözügedən brendin qiymətinin dəyişdiyi barədə məlumatlar yayılır.

Məsələ ilə bağlı Axar.az Azərbaycanda fəaliyyət göstərən elektronika mağazaları ilə əlaqə saxlayıb.

“Baku Elektroniks”dən saytımıza bildirdilər ki, hələlik heç bir qiymət artımı yoxdur.

“Bizdə qiymətlərdə dəyişiklik yoxdur, hazırda əvvəlki qiymətlərlə satış həyata keçirilir. Amma ola bilər ki, qiymətlərdə artım olsun. İndidən bu haqda dəqiq məlumat verə bilmərik”, - deyə mağazanın əməkdaşı bildirib.

“İrşad Elektroniks”in marketinq şöbəsinin əməkdaşı isə bu haqda mətbuata heç bir açıqlama vermədiklərini bildirib:

“Bizə Ayfon telefonlarının qiymətləri ilə bağlı çox zənglər olur. Lakin şirkət olaraq bu məsələ ilə bağlı açıqlama vermirik”.

Tarix
2020.02.20 / 12:45
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla