Yuxarı

MSK-dan Qubad İbadoğlunun qızı ilə bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MSK-dan Qubad İbadoğlunun qızı ilə bağlı - Açıqlama

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 9-da – seçki günü 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə müşahidəçi Jalə Bayramovanın döyülməsi ilə bağlı yayılan videodan danışıb.

Axar.az-ın məlumatına görə, MSK sədri qeyd deyib:

“Digər xanım müşahidəçiyə xəbərdarlıq edir ki, onu çəkməsin. Bu xanım da çəkməyə davam edib. Belə olan halda mübahisə düşüb və həmin görüntü yayılıb. Sonra bütün dünyaya yayıblar ki, həmin xanımı döyüblər, şikayət ediblər”.

MSK sədri bildirib ki, bu da bütün dünyaya dezinformasiya yaymaqdır:

“Çünki vətəndaşın konstitusion hüququ var ki, onu kimsə çəkməsin. Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Həmin xanımı qanunla cəzalandıracaqlar. Ona görə də qarşı tərəf qabaqdan gəlmişlik edir ki, guya xanımı döyüblər”.

Qeyd edək ki, Jalə Bayramova Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlunun qızıdır.

Tarix
2020.02.20 / 19:36
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla