Yuxarı

Xəzəri ən çox çirkləndirən rayonlar - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzəri ən çox çirkləndirən rayonlar - Siyahı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən növbəti monitorinq Abşeron yarımadasının Xəzər sahili ərazilərində keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Axar.az xəbər verir ki, idarənin əməkdaşı Nərmin Babaşova monitorinqlərin nəticəsinə görə Xəzəri ən çox çirkləndirən axarların Suraxanı rayonu ərazisində formalaşdığının məlum olduğunu deyib.

O qeyd edib ki, rayon ərazisində formalaşan tullantı sular bir neçə axar, o cümlədən Abşeron Magistral Kanalı vasitəsilə təmizlənmədən və zərərsizləşdirilmədən sahil zolağından dənizə axıdılır: “Sabunçu rayonunun Balaxanı, Sabunçu, Zabrat-1, Zabrat-2, Ramana və Yeni Ramana qəsəbələrində formalaşan tullantı sular isə Hövsan kanalı vasitəsilə birbaşa sahil zolağına, oradan da dənizə axıdılır. Monitorinqlərin nəticəsinə görə Xəzərin suyunun çirkli olduğu ərazilərdən biri də Sumqayıt rayonu, H.Z.Tağıyev adına qəsəbənin sahil zolağıdır.

Qəsəbədə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmadığından müəssisə və təşkilatlarda, fərdi yaşayış evlərində formalaşan tullantı sular bir neçə axar vasitəsilə birbaşa Xəzər dənizinə tökülür. Abşeron yarımadasının sözügedən ərazilərində keçirilən monitorinqlərin və aparılan analizlərin nəticəsi bunu deməyə əsas verir ki, Xəzərə axıdılan tullantı sularda kimyəvi və bioloji çirkləndiricilərin, bağırsaq çöpü bakteriyalarının miqdarı normadan çoxdur”.

N.Babaşovanın sözlərinə görə, tullantı sularının təmizlənmədən su hövzələrinə axıdılmaması üçün müəssisə və təşkilatların rəhbərlərinə təmizləyici qurğuların quraşdırılması məqsədilə tərəfimizdən növbəti xəbərdarlıqlar edilib və bildiriş məktubları göndərilib. Abşeron yarımadasının Xəzər sahili ərazilərində monitorinqlərimiz davam etdirilir.

Tarix
2020.02.21 / 10:10
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla